MDB ölkələrində internet qiymətləri (ARAŞDIRMA)

MDB ölkələrində internet qiymətləri (ARAŞDIRMA)
Bütün Xəbərlər
12:42 08.09.2011
2199
Keçmiş sovet ölkələri arasında ən yüksək internet qiymətləri Türkmənistandadır. Bu ölkədə internet xidmətlərini yalnız bir şirkət - “Türkmen Telekom” həyata keçirir.  Keçmiş sovet ölkələri arasında ən yüksək internet qiymətləri Türkmənistandadır. Bu ölkədə internet xidmətlərini yalnız bir şirkət - “Türkmen Telekom” həyata keçirir. 1 mb/s sürətlə limitsiz internetə qoşulmaq üçün dövlət şirkəti olan “Türkmen Telekom”a ayda nə az - nə çox, düz 2600 manat (9700 türkmən manatı) ödəmək lazımdır. Yeri gəlmişkən qeyd edək ki, Türkmənistanda ilk “internet kafe” 4 il bundan əvvəl - 2007-ci ildə açılıb. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan digər ölkələrdəki mövcud internet qiymətlərini də araşdırdıq. İnternet xidmətlərinin bahalığına görə ikinci sırada dayanan Belarusda qiymətlər Türkmənistanla müqayisədə təxminən 3 dəfə ucuzdur. Belarusun “TCM” şirkətinə 1 mb/s sürətli limitsiz internet xidmətləri üçün ayda 970 manat (65 000 rubl) ödəmək lazımdır. Tacikistanın “Tacik Telekom” şirkəti 1 mb/s sürətli limitsiz internet üçün ayda 800 manat (5000 somoni), Qırğızıstanın “Kırqız Telekom” şirkəti isə 256 kb/s sürətli limitsiz internet üçün ayda 340 manat (20 000 som) tələb edir. Qeyd edək ki, Qırğızıstanda əhaliyə təqdim olunan internetin sürəti 1 mb/s-dən aşağıdır. Qırğızıstan kimi Özbəkistanda da əhali 1 mb/s sürətli internetdən istifadə etmir. Özbəkistanın “Albatros” şirkəti tərəfindən təklif olunan 256 kb/s sürətli limitsiz internet xidmətinin aylıq haqqı 200 manata (450 000 som) bərabərdir. İnternet qiymətlərinə görə yalnız Rusiya, Ukrayna və Moldovadan geri qalırıqMDB-yə daxil olan digər ölkələrə gəldikdə isə bu dövlətlərdə internetin qiyməti daha ucuzdur. Ən ucuz internet Ukraynada təklif olunur. Bu ölkədə fəaliyyət göstərən “Beeline” şirkətinə 2 mb/s sürətli limitsiz internet üçün ayda cəmi 6 manat (55 qrvin) ödəmək lazımdır. Bundan başqa, Moldovanın “Nordlines” şirkəti 1 mb/s sürətli limitsiz internet üçün ayda 10 manat (150 ley), Qazaxıstanın “KaP-Tel” şirkəti eyni göstəriciyə malik internet üçün ayda 20 manat (3600 tengə), Gürcüstanın “Beeline” şirkəti 1 mb/s sürətli limitsiz internet üçün ayda 16 manat (35 lari), Ermənistanda fəaliyyət göstərən eyni adlı şirkət isə 1 mb/s sürətli limitsiz internet üçün ayda 26 manat (12000 dram) tələb edir. MDB ölkələri arasında ən ucuz internet Rusiyadadır. Şimal qonşumuzun aparıcı şirkətlərindən olan “Beeline” şirkətinin təqdim etdiyi 12 mb/s sürətli limitsiz internet xidməti üçün ayda 12 manat (450 rubl) ödəmək lazımdır. Azərbaycan internet qiymətlərinin ucuzluğuna görə MDB-də yalnız Rusiya, Ukrayna və Moldovadan geri qalır. Ölkəmizdə fəaliyyət göstərən “Ultel” şirkəti 1 mb/s sürətli limitsiz internet üçün ayda 15 manat tələb edir. Onu da qeyd edək ki, son 2-3 il ərzində ölkəmizdə internet qiymətləri 10 dəfədən çox aşağı salınıb. Belə ki, 2008-ci ildə insanlar 1 mb/s sürətlə internetə qoşulmaq üçün ayda 300-400 manat ödəməli olurdular. Yaponiyada internet “bizim pulla havayıdır”

Məlumat üçün bildirək ki, dünyada ən ucuz internet xidmətləri Yaponiyada təklif olunur. Bu ölkədə internet xidmətlərinə görə çox cüzi ödənişlər edilir. Yaponiyada sürəti 61 mb/s olan limitsiz internet xidmətlərinə görə aylıq ödəniş təxminən, 20 qəpik (25-30 sent) təşkil edir. Cənubi Koreyada isə 45 mb/s sürətli internetin aylıq qiyməti 35 qəpiyə (45 sent) bərabərdir. Yaponiya və Cənubi Koreya ilə bərabər, Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən də ABŞ və Kanada da internet qiymətləri olduqca aşağıdır. Bu ölkələrdə təkcə qiymətlər ucuz deyil, eyni zamanda yüksək sürətli internet xidmətləri təqdim olunur. Artıq inkişaf etmiş ölkələrdə MDB-də yüksək göstərici hesab olunan 4-5 mb/s sürətlə internet xidmətləri göstərilmir.

/// Zaman qəzeti, zaman.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir