"Məcbur olaraq bu missiyanı biz öz üzərimizə götürmüşük"

GƏNCLİK
14:10 21.10.2011
1739

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. AZXEBER.COM-un məlumatına görə, festivalın idarə heyəti bu gün Bakıdan festivala qatılan Slavyan Universitetinin “Sfera” teatrının kollektivinin təlim-məşq toplantısında iştirak edib. Zaur Qəriboğlunun “Zirzəmi” pyesi ilə festivalda iştirak edən truppanın quruluşçu rejissoru Alik Şıxızadayev görülən işlərlə bağlı ətraflı məlumat verib: “Hazırda təlim-məşqlərimiz müntəzəm olaraq davam edir. Hər gün dərsdən sonra biz Slavyan Universitetinin filalogiya fakültəsinə gəlirik və burada məşq edirik. Uşaqlarla birlikdə ən əsas məqsədimiz bu festivaldan birinciliklə ayrılmaqdır”.

Slavyan universitetinin tələbəsi Cəmilə Eyvazova hazırlıq mərhələsinin çətin olduğunu söyləyib: “Dərsdən çıxb, məşqlərə tələsirik. Bir dəqiqə belə itirməyin bizim üçün çox böyük zərəri olacağını anlayırıq. Buna görə, məşqlərimiz hər gün davam edir və biz çalışırıq ki hazırda böyük bir işlə bütün bizi izləyəcək adutoriyanın sevgisini qazanaq”.

Bir neçə azərbaycanlı və rus tələbə ilə yanaşı “Sfera” teatrında türkiyəli tələbələrində tamaşada aktiv iştirak etdiklərinin şahidi olduq. Teatrın quruluşçu rejissoru da, onlara əlavə rolların verildiyini söylədi. Slavyan universitetində təhsil alan türkiyəli tələbələrdən Gökan Akdeniz hazırda gedən təlim məşq toplantısının onlar üçün uğurlu olacağını söylədi: “Türkiyə və Azərbaycan qardaşlığının teatrda da, birləşməsinin vacib olduğuna inanıram. Ona görə, bu teatrda fəaliyyətə başladım və ilk rolumda məhs bu festivalla bağlı oldu. İnanıram ki,biz bu festivaldan qalib ayrılacağıq.

Universitetin 3-cü kurs tələbəsi Əminə Hüseynova isə, hazırda teatrın yeni kollektivinin formalaşdığını söyləyib: “Hazırda teatrımıza yeni uşaqlar gəlir. Çünki əvvəlki tələbələr artıq məzun oldular və məcbur olaraq bu missiyanı biz öz üzərimizə götürmüşük. Hər gün məşq edirik. Bu isə bizim nə qədər iddialı olduğumuzu bir daha göstərir. İnşallah böyük səhnədə də, biz istədiyimizi alacağıq”.

Qeyd edək ki, AZXEBER.COM portalı müntəzəm olaraq festivala Bakıdan qoşulan truppaların təlim-məşq toplantılarını diqqətinizə çatdıracaq.

Əfsələddin AĞALAROV

Ramil AĞASIYEV

OXŞAR XƏBƏRLƏR