Məcburi köçkünlərin köçürülməsi başa çatdı

Məcburi köçkünlərin köçürülməsi başa çatdı
Bütün Xəbərlər
15:43 24.09.2013
806

“Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün tikilən 2 ədəd beş mərtəbəli binaya köçürülmə başa çatıb”.

 Bu sözləri Modern.az-a açıqlamasında açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. O, qeyd edib ki, bir həftə olar ki, həmin binalara məcburi köçkünlərin köçürülməsi tam təmin edilib. “155 məcburi köçkün ailəsi üçün 2 ədəd beş mərtəbəli bina tikilmişdi. Həmin binalarda mənzillər 4, 3, 2 və 1 otaqlıdır. Bura Kəlbəcər, Ağdam, Fizuli, Xocalı, Şuşa və digər rayonlardan olan məcburi köçkün ailələri köçürülüb”.

E. Qədimov eyni zamanda bildirib ki, Bərdə rayonu ərazisində 15 ədəd beş mərtəbəli binanın tikintisi baş çatıb, orada açılış olub. “Yəqin ki, planlaşdırılmış vaxtda ora məcburi köçkünlərin köçürülməsi təmin ediləcək. Eyni zamanda Gəncə şəhəri ərazisində 25 ədəd beşmərtəbəli binanın tikintisi başa çatıb. Ora 1500 ailəlik böyük kompleksdir. Yəqin ki, tezliklə açılışı olar. O cümlədən bir sıra rayonlarda da tikinti işləri yekunlaşmaq üzrədir. İmişli rayonunda 225 ailəlik qəsəbədə, İsmayıllı rayonu ərazisində 45 ailəlik qəsəbədə, Balakən rayonu ərazisində tikilən qəsəbədə tikinti işləri yaxın vaxtlarda başa çatacaq. Prezidentin sərəncamı ilə tikilən 300 nəfərlik Nizami Gəncəvi adına Xankəndindi şəhər 4 nömrəli tam orta məktəb binasında tikinti işləri başa çatıb. Hazırda Qaradağ rayonu Müşfiqabad qəsəbəsində iki ədəd əlavə beş mərtəbəli bina tikilir. Eyni zamanda Qaradağ rayonu Ümid qəsəbəsində iki ədəd beş mərtəbəli binalar tikilir”, – deyə E. Qədimov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR