Baş nazir Artur Rasizadə məcburi köçkünlərlə bağlı qərara dəyişiklik edib.
AZXEBER.COM xəbər verir ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarında aşağadakı dəyişiklik edilib.
Dəyişikliyə görə, qərarın 4-1-ci hissəsində “dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda” sözləri “pensiya yaşına çatdıqda” sözləri ilə əvəz edilib.