Mədəniyyət Nazirliyi: Mikayıl Müşfiqin büstünün o formada götürülməsini müsbət qarşılaya bilmərik

Mədəniyyət Nazirliyi: Mikayıl Müşfiqin büstünün o formada götürülməsini müsbət qarşılaya bilmərik
MƏDƏNİYYƏT
16:08 02.10.2019
6108

Mədəniyyət Nazirliyi Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin xatirəsinə ucaldılmış büstün aşırdılmasınamünasibət bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov "Report"un sorğusuna cavab olaraq bildirib ki, Mikayıl Müşfiqin abidəsinin aşırdılmasını əks etdirən videogörüntü və bununla bağlı yayılan məlumatlardan xəbərdardırlar: 

"Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində mədəniyyət və istirahət parkında ucaldılan büstlə bağlı sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar dəqiqləşdirilməmiş məlumatlardır. Bu büst qeydiyyatda olan tarixi abidə deyil, sadəcə olaraq, 1990-cı illərdə həmin parkda böyük şairin büstü qoyulub. Bu büst vaxtilə gips və betondan hazırlanıb. Sentyabr ayında Qaradağ Rayon İcra Hakimiyyəti Mədəniyyət Nazirliyinə müraciət edərək həmin parkda əsaslı təmir işlərinin aparılması və bunun üçün orada heç də yaxşı görkəmdə olmayan, təxminən, yararsız vəziyyətdə olan büstün yerinə qranit materialdan yeni və keyfiyyətli büstün hazırlanıb qoyulmasını bildiriblər. Bizim tərəfimizdən də bu müraciətə müsbət cavab verilib. Təbii ki, o büstün hansı vəziyyətdə olmasından asılı olmayaraq videogörüntülərdə əks olunduğu kimi götürülməsi heç də təqdirəlayiq hal deyil. Çünki o büstü oradan başqa formada da götürə bilərdilər. Məsələ burasındadır ki, o büst tarixi abidə statusunda deyil və qeydiyyatı yoxdur. Ona görə də park müasir görkəmdə əsaslı təmir olunduqdan sonra orada böyük şair Mikayıl Müşfiqin adına layiq qranitdən gözəl bir büstü qoyulacaq. Bir daha qeyd edirəm ki, büstün videogörüntülərdə əks olunduğu kimi oradan götürülməsi bizim tərəfimizdən də müsbət qarşılana bilməz”.

Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki parkda şair Mikayıl Müşfiqin abidəsi ekskavatorla aşırdılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AQTA: Ceyranbatanda məktəbdə qida zəhərlənməsi faktı təsdiqini tapmayıb
20:00 29.10.2026
AQTA: Ceyranbatanda məktəbdə qida zəhərlənməsi faktı təsdiqini tapmayıb
Bir aylıq "qardaş" qaralama kampaniyası
19:31 29.10.2026
Bir aylıq "qardaş" qaralama kampaniyası
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
19:27 29.10.2026
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
19:06 29.10.2026
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
Zaur Rzayev vəfat etdi
19:01 29.10.2026
Zaur Rzayev vəfat etdi
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
18:50 29.10.2026
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
18:36 29.10.2026
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib