Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Novruzun vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Novruzun vəfatı ilə bağlı nekroloq yaydı
MƏDƏNİYYƏT
10:47 21.02.2023
666
Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Novruzun vəfatı ilə bağlı nekroloq yayıb.

AZXEBER.COM xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli sənətkar, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz 67 yaşında vəfat edib.

Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonu Səmədabad qəsəbəsində anadan olub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət teatrına göndərilib. O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub.

Ramiz Novruz xalqımız üçün ağrılı-acılı mövzularda bir neçə pyes yazıb. İlk pyesi olan "At ilinin birinci ayı” adlı 20 Yanvar hadisələrindən bəhs edən pyesi 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər” pyesi 2002-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Bundan əlavə Eduardo de Filipponun "Silindr” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edərək rejissor kimi uğurla tamaşaya qoyub, həmçinin bu əsərdə Atilio rolunu ifa edib.

Beynəlxalq teatr festivallarının mükafatçısı olub.

Ramiz Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. Görkəmli sənətkar "Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov, "Cavad xan” filmində general Sisyanov və s. bir sıra filmlərdə müxtəlif yaddaqalan obrazlar yaradıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin!".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır