Mədəniyyət Nazirliyindən kinoteatrlarla bağlı Operativ Qərargaha müraciət - VİDEO

MƏDƏNİYYƏT
15:01 25.08.2021
983
Uzun müddətdir ki, aktyorlar teatr səhnəsinə, teatrsevərlər isə sevimli aktyor və aktrisalarının tamaşalarına həsrət qalıblar. 

Son yumşalmalardan sonra ictimaiyyət tərəfindən teatr və kinoteatrların fəaliyyətinin bərpa olunacağı gözlənilsə də, bu qərar verilmədi. 

Mədəniyyət Nazirliyinin sözçüsü Məryəm Qafarzadə bildirib ki, artıq Mədəniyyət Nazirliyi tərəfindən teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması barədə Operativ Qərargaha müraciət edilib.

Ümid edirik ki, tezliklə teatr səhnələrində və kinoteatrlarda yenidən tamaşaçıların alqış səsləri eşidiləcək və ölkəmizin mədəni həyatı öz axarına düşəcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR