“Mədəniyyət” kanalının baş redaktoru, Azərbaycanın tanınmış teleaparıcısı, əməkdar artist Hicran Hüseynov vəfat edib.
Bu barədə Simsar.az-a mərhumun qohumu məlumat verib. Onun sözlərinə görə, diktor bu gün günorta saatlarında Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.Diktorun bacısı oğlu Rahim İsmayılov Simsar.az-a bildirib ki, sabah Maştağada həyat yoldaşının məzarı yanında mərhumun dəfn olunacağı gözlənilir. Hazırda mərhum diktorun yaxın dostları aktyorlar və diktorlar hüzr yerindədirlər.Qeyd edək ki,diktor uzun müddət qaraciyər serrozundan əziyyət çəkib.1971-ci ildən AzTV-də əmək fəaliyyətinə başlayan Hicran Hüseynov ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, “Günün ekranı” və “Xəbərlər” proqramının daimi aparıcısı kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə Respublika Prezidentinin fərmanı ilə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülmüşdü. Son günlərinə kimi AzTV-nin “Mədəniyyət” kanalında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirib.