Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrand müsabiqəsinin qalibi olan Teymur Abbasovun rəhbərlik etdiyi "Mədəniyyətimizin virtual təbliği” layihəsinin təqdimat mərasimi baş tutub.
Zəngilan şəhəri 6 saylı orta məktəbdə baş tutan layihənin təqdimat mərasimində 9,10,11-ci sinif şagirdlərinə Mədəniyyətimizin virtual təbliği yolları ilə bağlı məlumatlar verilib.
Jurnalist Əfsələddin Ağalarov şagirdlərə sosial şəbəkələrin imkanları haqqında təqdimat edib. O, təqdimatında "Vikipedia” - Azərbaycan dilində virtual, açıq ensiklopediyadan istifadə qaydaları, "Facebook”da beynəlxaq qruplara üzv olmağın yollarından danışıb.
Ekspert şagirdləri mədəniyyətimizin virtual təbliğində aktiv olmağa səsləyib.
Tədbirdə layihə rəhbəri Teymur Abbasov da çıxış edib. O, virtual aləmdə Azərbaycan mədəniyyətinin təbliğində yetişməkdə olan gənclərin rolundan bəhs edərək, şagirdləri layihə zamanı yaradılan sosial şəbəkə hesablarına üzv olmağa və ölkəmizin müxtəlif mədəniyyət obyektləri ilə bağlı məlumatlar paylaşmağa səsləyib.