Mədət Quliyev general-leytenant oldu

Mədət Quliyev general-leytenant oldu
Bütün Xəbərlər
21:15 20.11.2012
2295

İlham Əliyev ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədə əsasən, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə aşağıdakı şəxslər təltif edilib: "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Dadaşov Fuad Cəbrayıl oğlu,  Məmmədov Rövşən Havar oğlu  "Tərəqqi" medalı ilə  Abdullayev Bəhruz Qara oğlu,  Əkbərova Səadət Binyamin qızı,  İsmayılova Tamilla İslam qızı,  Kazımov Miri Yusub oğlu,  Qurbanov Natiq Sabir oğlu,  Məmmədov Rəhman Elmaz oğlu,  Soltanov Mehman Nəsir oğlu,  Şivəxanov Bayram Həmzə oğlu,  Təhməzov Şahin Ziyad oğlu Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mədət Qəzənfər oğlu Quliyevə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib: Qafarov Zakir Əsəd oğlu - İstintaq idarəsinin rəisi Səlim-zadə Mehdi İldırım oğlu - Bələdiyyələrlə iş mərkəzinin rəisi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavini Hüseynağa Ənvər oğlu Əlixanova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail İbrahim oğlu Mehdiyevə isə tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

OXŞAR XƏBƏRLƏR