Prezident İlham Əliyev Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini ilə bağlı sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən, Mədət Quliyev bu posta təyin edilib.
Sərəncamda deyilir:`Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin`.Qeyd edək ki, Mədət Quliyev həm də milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edəcək.