"Media reyestri ilə bağlı müzakirələrin indi gündəmə gəlməsi təsadüfi deyil"

"Media reyestri ilə bağlı müzakirələrin indi gündəmə gəlməsi təsadüfi deyil"
SOSİAL
15:25 03.02.2023
233
"Hazırda Azərbaycanın gündəmi İranla gərginləşən münasibətlərdir. İndiki hadisələrin fonunda media reyestri ilə bağlı hərəkata başlamağın heç yeri deyil". 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında media eksperti, Əməkdar jurnalist Azər Həsrət Media reyestrinə qarşı sosial şəbəkələrdə başladılan kampaniya haqqında danışarkən deyib. 

O, qeyd edib ki, hazırda ölkə gündəmində daha vacib məsələlər var: 

"Biz demirik ki, kimsə tənqid etməsin, fərqli fikirlərini səsləndirməsin, əlbəttə, səsləndirə bilərlər, tənqid də edə bilərlər. Razı olmadıqları məqamları ayrı-ayrılıqda, ayrıntılı bir şəkildə müzakirə də edə bilərlər. Bütün bunlar yolveriləndir. Ancaq bu günlərdə İrandakı fars-molla rejimi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə terror hücumu təşkil edib. Bu hücumun ardından Azərbaycan Respublikasının daxilindəki İran casus şəbəkəsi ilə bağlı müəyyən addımlar atılır. Təbiidir ki, vətəndaşlarımızın, hər birimizin diqqəti bu məsələyə yönəlib. Yəni, bu gün bir nömrəli məsələmiz budur. 

Üstəlik də, Laçın yolunda ekofəalların etiraz aksiyası artıq iki aydır ki, davam edir. Dünya da bu məsələ ilə bağlı bəzən erməni təbliğatına uyaraq üzərimizə gəlir. Bu iki məsələ bu gün Azərbaycan gündəminin ən öndə gedən məsələləridir. Belə bir vəziyyətdə kimlərinsə çıxıb reyestrlə bağlı əlavə müzakirə açması, narazılıq etməsi, kampaniya həyata keçirməsi, mənə elə gəlir ki, yerinə düşmür. Əlbəttə, fikirlər fərqli ola bilər, tənqid də olar. Amma indiki şəraitdə bunun tərəfdarı deyiləm. Şəxsən mən düşünürəm ki, bu gün Azərbaycan dövlətinin üzləşdiyi, həlli vacib olan məsələlər, qeyd etdiyim kimi, İranla münasibətlər məsələsidir, ikincisi də, Laçın yolundakı ekofəalların aksiyasıdır.”

Azər Həsrət qeyd edib ki, reyestrlə bağlı kimsə müzakirə açmaq istəyirsə, bu məsələni daha sonra birlikdə həll etmək olar:

"Biz bu məsələlərlə daha çox məşğul olmalıyıq. Digər məsələlər bir qədər gözləyə bilər. O cümlədən də reyestrlə bağlı əgər kimsə müzakirə açmaq istəyirsə, tənqid etmək istəyirsə, bu məsələni bir qədər sonra birlikdə edə bilərik. Şəxsən mən də o müzakirələrdə iştirak etməyə hazıram. Yeri gəlmişkən deyim ki, özümün də əlimin altında ictimailəşdirmək istədiyim müəyyən məsələlər var. Mən o məsələlərin hamısını arxa plana keçirmişəm. Niyə? Çünki gündəmi dəyişmək istəmirəm. İstəmirəm ki, o məsələləri gündəmə gətirib diqqəti əsas məsələdən yayındırım. İndi bu reyestrlə bağlı məsələ də belədir. Reyestri gündəmə gətirib əsas məsələlərdən diqqət yayındırmaq heç yerinə düşmür. Ona görə də bu təşəbbüsü irəli sürən, arxasında duran şəxslərə çağırış etmək istəyirəm ki, bir qədər dözsünlər, biz Azərbaycanın ən ümdə məsələlərini həll edək. Daha sonra söz verirəm ki, mən özüm də reyestrlə bağlı müzakirələrdə fəal iştirak edəcəyəm. Yəni, onların arqumentlərini dinləyəcəyəm. Əlbəttə ki, gərək olduğu zaman cavab da verəcəyəm, gərək olduğu zaman razılaşacağam, yaxud da onların arqumentləri əsaslı olmasa, rədd edəcəyəm. Yəni, fikir mübadiləsi aparacağıq”. 

"Amma bu gün bu fikir mübadiləsinin, bu müzakirənin heç yeri deyil. İranla münasibətlərin gərginləşməsi, İran casus şəbəkəsinin əl-qol açması, eyni zamanda Laçın yolundakı aksiya bizim gündəmimizin əsas məsələləridir, digər məsələlər bir qədər gözləməlidir”, - deyə Azər Həsrət əlavə edib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"