Medianın İnkişafı Agentliyi yeni qanunun hədəflərini açıqladı

Medianın İnkişafı Agentliyi yeni qanunun hədəflərini açıqladı
MEDIA
11:05 09.02.2022
364
"Kifayət qədər müxtəlif fikirlərin eşidildiyi və az qala bir ilə yaxın davam edən müzakirələrdən sonra "Media haqqında” Qanun artıq qüvvəyə mindi. Praqmatik fikirlər də eşitdik, sərt, bəzən barışmaz və amansız iradlar da, hətta təhqirlər, ələsalmalar da. Oxuyub danışanların da səsini duyurduq, "oxumamışam amma ittiham edirəm” ritorikasına köklənmişlərin də. Reallığın gözünə dik baxan və bu sərt reallığı bizə də açıq şəkildə ifadə edən uzun illərin media adamlarının narahatlığı qanundan daha çox belə bir niyyətin nə dərəcədə səmimi olması ilə bağlı idi. Onlar bir qayda olaraq qanunun maddələrinə yox keçmişin xoş olmayan xatirələrinə istinad edirdilər. Yəni mediamızın intellektual baqajında nə vardısa, hamısını qanunun müzakirəsi zamanı nümayiş etdirə bildi. Biz də öz növbəmizdə cavabsız sual buraxmadıq. İşimizin düz və lazımlı olduğuna inanırdıq. Eşitdiyimiz heç bir fikir bizim üçün gözlənilməz deyildi, çünki ondan da sərt fikirləri öz aramızda özümüz səsləndirirdik və saatlarla yox günlərlə sürən bu müzakirələrdə həmin sərt sualların tutarlı cavablarını da özümüz tapırdıq".

AZXEBER.COM xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib.

O, yeni qanunla Agentliyin hədəflərini də açıqlayıb:

"Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?

- Ölkəmizin milli informasiya mühitinin sağlamlaşmasına;

- Milli informasiya resurslarımızın güclənməsinə;

- Jurnalistika üçün həyati əhəmiyyət daşıyan plüralizmin qorunmasına;

- Jurnalistin sosial portretinin formalaşmasına, statusunun və imicinin yaxşılaşmasına, nüfuzunun güclənməsinə;

- Özfəaliyyət və qeyri-peşəkarlıqla, peşəkarlığın sərhədlərinin müəyyənləşməsinə;

- Mediada layiqli əmək münasibətlərinin möhkəmlənməsinə;

- Dövlətin medianın informasiya təminatını yaxşılaşdırmasına;

- Medianın iqtisadi müstəqilliyini gücləndirməyə yönəlmiş dövlətin güzəşt və imtiyazların dairəsinin müəyyənləşməsinə".

N.Məmmədli qeyd edib ki, "Media haqqında” qanunun imzalanması ilə eyni gündə dövlət jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verib.

Onun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin media nümayəndələrinin sosial problemlərinə diqqətinin göstəricisidir:

"Dövlət hər hansı öhdəlik qoymadan özünün qulluqçusu, müəllimi, alimi, xüsusi nailiyyətləri olan idmançısı üçün nəzərdə tutduğu imtiyazları media nümayəndəsinə də şamil etdi. Bu, yalnız sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır.

Amma unutmayaq, "Media Qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü