Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyası istifadəyə verildi

Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyası istifadəyə verildi
MEDİA
16:23 26.11.2024
215
Noyabrın 26-da Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetində (BDU) xüsusi auditoriyası istifadəyə verilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun Jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını diqqətə çatdırıb. Rektor qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, tədris prosesinə peşəkar şəxslərin cəlb edilməsi olduqca vacibdir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentlik tərəfindən göstərilən müxtəlif formatlı təşəbbüslərin jurnalistika sahəsində təhsil alan gənclər üçün yeni imkanlar yaradacağını və onların peşəkar bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. O bildirib ki, bu ixtisas üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir, buna görə də tələbələr üçün təlim, seminar və kursların təşkil edilməsi önəmli hesab olunur.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə bu cür layihələrin Azərbaycan mediasının inkişafına töhfə verəcəyini və gənc nəslin intellektual inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmalarına xidmət edəcəyini vurğulayıb.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, MEDİA Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov və digər çıxışçılar jurnalistika təhsilinin keyfiyyəti, mediada yeni tendensiyalar, müasir texnologiyaların tətbiqi barədə fikirlərini bölüşüblər.

Daha sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü keçirilib. Ə.İsmayılov cənab Prezidentin müvafiq Fərmanı ilə əsası qoyulmuş media islahatları barədə ətraflı məlumat verib, bu islahatların jurnalistikanın inkişafına, beynəlxalq standartlara uyğunlaşmasına böyük təsir göstərdiyini, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan sonra həyata keçirilən dəyişikliklərin, xüsusilə media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması və vergi güzəştlərinin tətbiqinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, bütün bunlar media qanunvericiliyinin təkmilləşməsi və islahatların mediamızın inkişafına verdiyi töhfələrin bir qismidir, bu proses davamlı olacaq.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi
22:53 23.07.2025
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi
Rusiya və Ukrayna hərbi əsirlərlə yanaşı, mülki şəxsləri də dəyişməyə razılaşıblar
22:48 23.07.2025
Rusiya və Ukrayna hərbi əsirlərlə yanaşı, mülki şəxsləri də dəyişməyə razılaşıblar
Türkiyənin Eskişehir vilayətindəki meşə yanğını ətraf ərazilərə yayılıb, 11 nəfər ölüb
22:25 23.07.2025
Türkiyənin Eskişehir vilayətindəki meşə yanğını ətraf ərazilərə yayılıb, 11 nəfər ölüb
Saatlıda avtomobil piyadanı vuraraq öldürdü
22:13 23.07.2025
Saatlıda avtomobil piyadanı vuraraq öldürdü
Hakan Fidan: İstanbul danışıqlarının hədəfi Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır
22:07 23.07.2025
Hakan Fidan: İstanbul danışıqlarının hədəfi Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır
Ağdamda Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olunub
21:52 23.07.2025
Ağdamda Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olunub
“Zirə” “Hayduk”la heç-heçə etdi
21:45 23.07.2025
“Zirə” “Hayduk”la heç-heçə etdi
Rusiyanın Xersona zərbələri nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb
21:32 23.07.2025
Rusiyanın Xersona zərbələri nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Buzovnada dənizdə batan şəxsin meyiti tapıldı
21:24 23.07.2025
Buzovnada dənizdə batan şəxsin meyiti tapıldı
Rusiya–Ukrayna danışıqları davam edir: Tərəflər arasında gərgin müzakirə
21:14 23.07.2025
Rusiya–Ukrayna danışıqları davam edir: Tərəflər arasında gərgin müzakirə
Goranboyda tikinti materialları mağazasında yanğın baş verib
20:55 23.07.2025
Goranboyda tikinti materialları mağazasında yanğın baş verib
Buzovnada dənizdə bir nəfər batdı
20:42 23.07.2025
Buzovnada dənizdə bir nəfər batdı
Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib
20:34 23.07.2025
Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib
Bakıda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb
20:30 23.07.2025
Bakıda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb
İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb
20:25 23.07.2025
İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb
Gəncədə axtarışda olan şəxs saxlanılarkən polislərə silahlı müqavimət göstərib
20:17 23.07.2025
Gəncədə axtarışda olan şəxs saxlanılarkən polislərə silahlı müqavimət göstərib