Medianın və deputatlığa namizədlərin seçki məsuliyyəti - Rəşad Məcid yazır

Medianın və deputatlığa namizədlərin seçki məsuliyyəti - Rəşad Məcid yazır
MEDIA
12:49 16.08.2024
189
Mətbuat Şurasının sədri Rəşad Məcid 2024-cü il sentyabrın 1-ə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər xüsusunda medianın və deputatlığa namizədlərin fəaliyyətinə dair fikirlərini bildirib:

Qarşıdan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu dövrün ilk parlament seçkiləri gəlir. Ayrı-ayrı deputatlığa namizədlərin sosial şəbəkələrdəki paylaşımlarına nəzərən, onların prosesə necə fəal hazırlaşdıqlarını, seçicilərlə canlı görüşlər keçirdiklərini müşahidə edirəm. Çox xoşdur ki, deputatlığa namizədlər içərisində saf, səmimi seçki təbliğatı aparanlar var və onlar ənənələrimizə hörmət amilini rəhbər tutmaqla yanaşı, özlərinin kreativ yanaşmalarını da ortaya qoyurlar. Bütün bunlar ölkədə aktiv seçki ab-havasının mövcudluğundan xəbər verir. Heç şübhəsiz, seçki günü yaxınlaşdıqca, xoş mənzərələr daha pozitiv çalarlarla zənginləşəcək.

Seçkiqabağı təbliğat-təşviqat mərhələsi olduqca həssas zaman kəsiyidir. Həm deputatlığa namizədlər, həm də cəmiyyətin aparıcı ictimai institutu sayılan media, habelə jurnalistlər həssaslığa adekvat yanaşmalıdırlar. Hesab edirəm ki, media üçün bu yanaşma ilk növbədə mühüm peşəkarlıq tələbidir.

Ümumən, media və deputatlığa namizədlər birgə və birbaşa əməkdaşlığa üstünlük verməlidirlər. Bir çox hallarda deputatlığa namizədlərin seçicilərlə görüşlərinə dair sosial şəbəkə paylaşımları media üçün materiala çevrilir. Əlbəttə, bu da məqbuldur. Ancaq daha yaxşı olar ki, hər iki qütb seçkiqabağı təşviqat-təbliğat kampaniyasında müştərək fəaliyyət göstərsin. Görüşlərə media təmsilçiləri də dəvət olunsunlar. Beləliklə, jurnalistlər də seçicilərlə birbaşa təmas qurma, onların fikirlərini öyrənmə və cəmiyyətə çatdırma imkanı əldə etsinlər ki, bu da son dərəcə vacibdir.

Mətbuat Şurası hər zaman bildirib ki, jurnalistlər namizədlər barədə "qara piar” kampaniyası aparmaqdan çəkinməlidirlər. Şura monitorinqlərində bu məqama xüsusi diqqət yetirib və yetirməkdədir. Əlbəttə, "qara piar”ın yolverilməzliyi o demək deyil ki, namizədlər tənqid olunmamalıdırlar. Sadəcə, cəmiyyət tənqidin səmimiliyinə inanmalı və nəticə çıxarmalıdır. Doğru nəticə çıxarmalıdır ki, seçkidə də düzgün qərar versin.

Bir şəxs, indiki halda deputatlığa namizəd davamlı olaraq media tərəfindən hədəfə alınacaqsa, məlumdur ki, burada səmimiyyətdən və ciddilikdən söhbət gedə bilməz. Əksinə, belə durum jurnalistikanın ictimai çəkisinə zərər gətirəcək. Arzu və tövsiyə edirəm ki, media təmsilçilərimiz fəaliyyətlərində, seçki prosesi ilə bağlı məsələlərdə bu məqamı nəzərə alsınlar, jurnalistika prinsiplərini rəhbər tutsunlar.

Digər tərəfdən, cəmiyyət jurnalistika üçün materialdır. Hazırda deputatlığa namizədlərin seçicilərlə keçirdikləri görüşlər, ümumən onların fəaliyyətləri eyni xüsusiyyətə malikdir. Yəni jurnalistlər cəmiyyətə, cəmiyyətin seçki fəallığına yanaşmada nə qədər məsuliyyətli olmalıdırlarsa, deputatlığa namizədlər də eyni qaydada davranmalıdırlar.

Fikrimcə, deputatlığa namizədlər ümumi stereotipləri nəzərə almalı, elə hərəkət etməli, elə məsələləri qabartmalıdırlar ki, insanlar arasında fərqli assosiasiyalar doğurmasın. Bir sözlə, korrekt olmalı, cəmiyyətə hansı impulsları ötürdüklərinin fərqinə varmalıdırlar. Habelə seçki situasiyasının məxsusiliyini, seçicilərin ovqatını, onların namizədlərə yanaşmada hansı tələblərdə olduğunu düşünməli, reallığa uyğun davranmalıdırlar. Unutmamalıdırlar ki, bu davranışdan cəmiyyətin təkcə onlara deyil, bütövlükdə seçkiyə münasibətinin formalaşması asılıdır. İstər namizədlər, istərsə də media prosesin insanlarımız tərəfindən hansısa formada qeyri-ciddi qarşılanma ehtimalına yol açan bütün təmayüllərdən uzaq dayanmalıdırlar.

Media və deputatlığa namizədlər bir-birilərinə münasibətdə daha təmkinli mövqe tutmalıdırlar. Düşünməlidirlər ki, onların qarşılıqlı şəkildə nələrisə ədavətə çevirmələrinə dair səhnələr cəmiyyət üçün xoşagəlməz haldır, mənfi nümunədir. Tərəfləri belə hallardan uzaq durmağa, hər bir seçkinin, o cümlədən, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərin xalqımızın və dövlətimizin taleyində müstəsna əhəmiyyətini əsas tutmağa, birgə məsuliyyət nümayişinə çağırıram.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər