Ötən ay azad olunan ərazilərdə 428 mina zərərsizləşdirildi

Ötən ay azad olunan ərazilərdə 428 mina zərərsizləşdirildi
MEDİA
12:08 03.03.2025
167
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan AZXEBER.COM-a verilən məlumata görə, azad olunan ərazilərdə fevral ayı ərzində 123 tank əleyhinə mina, 305 piyada əleyhinə mina, 1 078 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2 862,5 hektar ərazi minalardan təmizlənib.

OXŞAR XƏBƏRLƏR