Medvedev Putini kəskin tənqid edib

Bütün Xəbərlər
20:20 21.03.2011
1746

Bundan əvvəl isə Baş Nazir Putin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini özünəməxsus "xaç yürüşünə çağırış" kimi səciyyələndirmişdi.

Rusiyanın xarici işlər nazirliyi, Liviyada koalisiya qüvvələrinin seçimsiz güc işlədilməsinə son qoyulmasını bəyan etmişdi.

Moskvada qeyd olunur ki, koalisiya qüvvələrinin zərbələri nəticəsində Liviyada dinc əhali xəsarət çəkib.

Baş nazir Vladir Putin öz növbəsində bu gün koalisiya qüvvələrinə Liviyaya qarşı silahlı əməliyyat başlamağa imkan verən BMT qətnaməsini belə qiymətləndirib: "BMT Təhlükəsizlik Şurasının qətnaməsi natamam və zərərlidir. Əgər burada yazılana baxsaq görərik ki, o hamıya suveren dövlətə qarşı istənilən hərəkətlərə icazə verir. Bu mənə orta əsrlərdə olan xaç yürüşünə çağırışı xatırladır. Yeri gəlmişkən bildirirəm ki, bu qətnaməyə Rusiya səs verməyib"

Rusiya Dumasında Liviyadakı hadisələrlə bağlı xüsusi bəyanat hazırlanır.

Dumanın xarici əlaqələr komitəsinin başçısı Konstantin Kosaçov bildirib ki, qətnamə artıq Liviyanın mülki əhalisinin müdafiə olunması üçün yox, Qəzzafi rejiminin devrilməsi üçün istifadə olunur.

OXŞAR XƏBƏRLƏR