Medvedev Putinin müavinini istefaya göndərdi

Medvedev Putinin müavinini istefaya göndərdi
Bütün Xəbərlər
23:16 26.09.2011
949

Rusiya prezidenti Dmitri Medvedev Aleksey Kudrinin baş nazirin müavini və maliyyə naziri vəzifələrindən azad olunması barədə fərman imzalayıb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova məlumat verib. Prezidentin fərmanından bir qədər əvvəl Aleksey Kudrin özü istefa verdiyini bildirmişdi. Xatırladaq ki, Rusiya iqtisadiyyatının modernləşdirilməsi və inkişafı üzrə komissiyanın iclasında prezidentlə nazir arasında mübahisə yaranmışdı. “Mən bu gün burada sizə müraciət edirəm: əgər siz hesab edirsinizsə ki, gündəlikdə duran iqtisadi məsələlərə məndən fərqli baxışlarınız var, o zaman istefa haqqında ərizənizi yaza bilərsiniz. Düşünürəm ki, indi cavab verə bilərsiniz ki, istefa verirsiniz, ya yox”, - deyə D.Medvedev bildirib. Buna cavab olaraq A.Kudrin baş nazir Vladimir Putinlə məsləhətləşməli olduğunu söyləyib: “Həqiqətən sizinlə fikir ayrılıqlarım var, amma sizin təklifinizlə bağlı qərarı baş nazirlə məsləhətləşdikdən sonra verə bilərəm”. Rusiya prezidentinin buna cavabı sərt olub: “Kiminlə istəyirsinizsə, o cümlədən baş nazirlə, məsləhətləşə bilərsiniz. Amma hələlik prezident mənəm və bu cür qərarları da mən verirəm. Siz dərhal məsələni aydınlaşdırıb mənə cavab verməlisiniz - ya fikir ayrılığı dediyiniz şeylər mövcud deyil, ya da mövcuddursa, mən başqa çıxış yolu görmürəm. Hərçənd bu, mənim üçün xoş deyil”.

OXŞAR XƏBƏRLƏR