“Məgər dollar bahalaşıb?” – Millət vəkili

“Məgər dollar bahalaşıb?” – Millət vəkili
Bütün Xəbərlər
00:09 22.12.2015
2034
Məlum olduğu kimi, bu gün ölkənin əsas gündəmi manatın təxminən 50 faizə qədər ucuzlaşmasıdır. Millət vəkilləri, ictimai-siyasi xadimlər və ekspertlər manatın devalvasiyası barədə açıqlamalar verir, çıxış yolu üçün təkliflər irəli sürürlər.AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı açıqlama almaq üçün millət vəkili İlham Əliyevlə əlaqə saxlayıb. Milli Məclisin İqtisadi-siyasət Komitəsinin üzvü İ.Əliyevin cavabı isə sözün əsl mənasında təəccüb doğurub:“Məgər dollar bahalaşıb? Mənim xəbərim yoxdur. Nə vaxt qalxıb? Neçəyə olub ki?”.
OXŞAR XƏBƏRLƏR