Yeni Nəfəs Gənclər Təşkilatının xətti ilə Azərbaycan tarixinin və Azərbaycan Xalq Cümhuriyyəti lideri Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinin öyrənilməsi məqsədilə "Məhəmməd Əmin Rəsulzadə -Ankara 1955" kitabı çap olunub. Redaktor Mehman Həsənin verdiyi məlumata görə, kitab, 1955-ci ildə çap olunmuş “Azərbaycan” dərgisinin M.Ə.Rəsulzadənin vəfatına həsr olunmuş sayının Azərbaycan türkcəsinə çevrilmiş variantıdır. “Kitabda M.Ə.Rəsulzadənin Azərbaycan istiqlalı uğrunda apardığı mücadilə, onun dostlarının, mücadilə yoldaşlarının dili ilə əks olunur”. Kitabı əldə etmək istəyənlər metro keçidlərində satış məntəqələrinə, kitab mağazalarına müraciət edə bilər.
Qeyd edək ki, 4 iyun saat 14-00-da Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində (İçərişəhər, İstiqlaliyyət 8) kitabın təqdimat mərasimi keçiriləcək. Arzu edənlər iştirak edə bilər.