Məhəmməd Əmin Rəsulzadənin vəfat günüdür

Məhəmməd Əmin Rəsulzadənin vəfat günüdür
Bütün Xəbərlər
21:20 05.03.2012
1108

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, müstəqil Azərbaycanın banisi, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin vəfat günüdür M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da dünyadan köçüb. 

Ankara Klinik Xəstəxanasında dünyasını dəyişən M.Ə.Rəsulzadə Türkiyə paytaxtında yerləşən Əsri qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.
OXŞAR XƏBƏRLƏR