Məhəmməd Peyğəmbəri təhqir edən ərəb jurnalist həbs edildi

Məhəmməd Peyğəmbəri təhqir edən ərəb jurnalist həbs edildi
Bütün Xəbərlər
18:07 11.02.2012
1870
Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən ərəbistanlı jurnalist həbs edilib.
AZXEBER.COM-un BBC-ə istinadən verdiyi məlumata görə, Məhəmməd Peyğəmbərin (s.ə.s) doğum günündə Həmzə Kaşkari adlı jurnalist "Twitter"dəki mikrobloqunda bir neçə təhqiramiz sətir yazıb: “Səndə olan şeyləri sevirdim, elə şeylərdə vardı ki, nifrət edirdim və çox şey var ki, mən başa düşə bilmirəm. Sənin üçün dua etməyəcəyəm”.Məhz bu cümlələrdən sonra sosial şəbəkəyə 10 minlərlə hiddət dolu şərhlər gəlib. Bir müddət sonra həmin yazı silinib, Kaşkari isə yazdıqlarına görə həbs olunub.“Mən hərəkətlərimi azadlığa olan yol hesab edirəm. Mən fikirlərimi azad ifadə etmək hüququmdan istifadə etmişəm. Ona görə də heç nə boşa getməyib”,- deyə jurnalist bildirib.Hazırda Həmzə Kaşkarinin "Twitter" səhifəsi məhdudlaşdırılıb. Ölkədən qaçan jurnalist, İnterpolun tələbi ilə Malayziya hava limanında saxlanılıb.Hələlik jurnalistin öz ölkəsinə verilməsi haqda heç bir məlumat verilmir. Lakin Malayziyadan fərqli olaraq Səudiyyə Ərəbistanında şəriət qanunlarına görə, Məhəmməd Peyğəmbərin (s.ə.s) təhqir edən şəxs ölüm cəzasına məhkum edilir.
OXŞAR XƏBƏRLƏR