Məhəmməd Salah Trabzona gəldi̇: On minlərlə azarkeş hava limanına axışdı
İDMAN
00:31 06.08.2026
191
Misirin məşhur futbolçusu Məhəmməd Salah artıq Trabzon şəhərinə gəlib. AZXEBER.COM Türkiyə KİV-ə istinadən xəbər verir ki, on minlərlə azarkeş hücumçunu qarşılamaq üçün Trabzon hava limanına axışıb.
Salah ona göstərilən böyük diqqət qarşısında təəccübünü gizlətməyib. Ulduz futbolçu azarkeşləri salamlayaraq açıqlama verib:
"Atmosfer inanılmazdır. Çox xoşbəxtəm. Nə qədər xoşbəxt olduğumu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Düzünü desəm, əvvəllər belə bir şey gördüyümü xatırlamıram. Bu cür sevgiyə görə çox xoşbəxtəm. "Trabzonspor"la liqada və Avropada uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm", - deyə Salah bildirib.