"Mən baş həkimlə şəxsən danışmamışam. Mən qardaşımdan imtina etmirəm, sonuna qədər də qardaşımın yanındayam və ona sahib çıxacağam”. Uşaq evinə müvəqqəti olaraq getməsinə bu şərtlə razı olaram ki, onların işçiləri ona heç bir təziq etməsinlər".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Məhəmməd Hacıyevin qardaşı Əli Hacıyev Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun açıqlamasına münasibət bildirirərkən deyib.
O bildirib ki, qardaşı Məhəmmədi əvvəl himayəyə götürən ailə yenidən ona sahib çıxmağa hazırdır:
"Məhəmmədin əvvəllər himayəsində olduğu ailə onu yenidən qəbul etməyə hazırdır. Biz də qanuni yolla bu prosesi həyata keçirəcəyik. Tarix Əliyevin və vəkil Şəfiqə Nağıyevanın köməyi ilə bu işi həyata keçirəcəyik".
Qeyd edək ki, Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov sitat.info-ya açıqlamasında yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngüz pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib.
Həkim açıqlamasında "O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. İndi müdiriyyət uşağı qəbul etmir. Sonra qardaşını tapdıq ki, gəl apar uşağı. Qardaşı da deyir ki, aparmıram, hələ 5-10 gün də müalicə edin, əsəbidir, sözümə baxmır. Sözünə baxmırsa, danış başa sal, biz nə edək onun üçün... Qardaşı da ora-bura zəng etdi ki, həkim mənə təzyiq edir qardaşını apar, amma evimdə şərait yoxdur. Belə bir vəziyyətdir", - deyə açıqlamasında bildirib.
Ayşən Mirzəyeva