17 il əvvəl iki nəfəri öldürən məhkumun cəzası verildi
ABŞ-ın Missisipi ştatında 17 il əvvəl iki nəfəri öldürən məhkum zəhərli iynəylə öldürülüb.
38 yaşlı Edvin Törner dostu Poll Murrel Stğartla birlikdə 1995-ci ildə müxtəlif yanacaqdoldurma stansiyalarında oğurluq edərkən Eddi Brok və Evert Kuru öldürdüyü üçün edama məhkum edilib.
Hadisə zamanı 17 yaşında olan Stüart Törnerə qarşı ifadə verib və ömürlük həbsə məhkum edilib.
Törnerin vəkilləri onun ağlının yerində olmadığını bildirərək edam qərarının ləğvini tələb edib, amma vəsatətləri qəbul edilməyib.
Öldürülən şəxslərin bəzi yaxınları Törnerin edamına şahidlik edib.










































