Məhkəmə İlhamə Quliyevanın arzusunu gözündə qoydu

MƏDƏNİYYƏT
13:00 09.04.2013
2191

Bu gün Yasamal Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyevin verdiyi məlumata görə, prosesdə hakim iddia ərizəsinin icraata götürülmədən rədd olunduğunu deyib.Onun sözlərinə görə, belə bir qərar hakim Şeyda Məhərrəmovanın sədrliyi altında keçirilən hazırlıq iclasında qəbul olunub:“Məhkəmə İlhamə Quliyevanın ərizəsini əsassız olması ilə əlaqədar nəzərdən keçirməyib. Məhkəmə iddiaçının göstərdiyi kimi Nazpəri Dostəliyevanın hərəkətlərində cinayət tərkibinin olmadığını hesab edib. Qanuna əsasən, İlhamə Quliyeva Yasamal Rayon Məhkəməsinin qərarına 20 gün ərzində şikayət edə bilər”.Qeyd edək ki, İ.Quliyeva N.Dostəliyevanın mətbuata verdiyi müsahibədə onu təhqir etməsini əsas gətirərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi yazıb. Həmin ərizə isə Yasamal Rayon Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR