Məhkəmə sistemi üçün vahid internet portalı yaradıldı
Bütün Xəbərlər
21:01 03.10.2011
2004
Azərbaycanda məhkəmə sistemi üçün vahid internet portalı yaradılıb. Bu barədəTrend-ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən nazirliyin kollegiyasında Ədliyyə Nazirliyinin internet saytında yaralıdan xüsusi elektron xidmət bölməsinin və Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində ölkəmizin bütün məhkəmə sistemi üçün hazırlanmış vahid internet portalının təqdimatı olub.Məhkəmə sisteminə dair vahid internet portalı vətəndaşlara ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimdə müraciət etmək və cavab almaq imkanı yaradacaq. Portalda bütün hakimlər haqqında məlumatlar da öz əksini tapacaq.Elektron xidmət bölməsi vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də QHT və digər hüquqi şəxslərin qeydiyyatının, notariat hərəkətlərinin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə edə biləcəklər.Eyni zamanda, uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. informasiya almaq üçün geniş axtarış sistemi yaradılıb.Həmçinin, vətəndaşların artıq tətbiq edilən onlayn müraciət etmək imkanı ilə yanaşı, qeyd olunan “e-xidmətlər” vasitəsilə məsul ədliyyə işçilərinin qəbuluna yazılması da mümkün olacaq.Kollegiyada ədliyyə və məhkəmə orqanlarına müraciət imkanlarının xeyli asanlaşdırılmasında, şəffaflığın maksimal təmin olunmasında və korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin mühüm əhəmiyyəti qeyd olunaraq, onların təkmilləşdirilməsinə və tətbiqinə dair təkliflər irəli sürülıüb.İclasda regional ədliyyə şöbələri və yerli qurumlar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə onların işinin əlaqəli təşkili və səmərəliliyin artırılması, habelə ədliyyə orqanlarında işə qəbulun təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunaraq konkret tapşırıqlar verilib.İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.