Məhkəmə Zeynəb Xanlarovanın köməkçisinin Türkiyə vətəndaşına qarşı iddiasını təmin edib

Məhkəmə Zeynəb Xanlarovanın köməkçisinin Türkiyə vətəndaşına qarşı iddiasını təmin edib
Bütün Xəbərlər
18:01 25.09.2013
963

Bu gün Səbail rayon Məhkəməsində xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Maral Hüseynovanın Türkiyə vətəndaşı Seyfi Azərioğluna qarşı iddiası əsasında məhkəmə prosesi davam etdirilib.

S. Azərioğlunun vəkili Müzəffər BaxışovunAPA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub.

Qərara əsasən, M. Hüseynovanın iddiası qismən təmin edilib. Məhkəmə S. Azərioğlunun M. Hüseynovaya 112 min dollar, həmçinin dəymiş mənəvi ziyana görə 10 min dollar ödəməsi barədə qərar qəbul edib. M. Hüseynova iddiasında bildirib ki, konsert təşkili işindən o, həmişə 50 min dollar qazanıb. O, həmin məbləği də qarşı tərəfdən tələb edib. Lakin məhkəmə iddianın bu hissəsini təmin etməyib.

Qeyd edək ki, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Maral HüseynovaTürkiyə vətəndaşı Seyfi Azərioğlunakonsert təşkili üçün pul verdiklərini, lakin onun pulları mənimsəməsi barədə iddia ilə Səbail rayon Məhkəməsinə müraciət edib.

OXŞAR XƏBƏRLƏR