Məhkəmədən Nigar Yaqubluya sərt cəza - 2 il 6 ay

Məhkəmədən Nigar Yaqubluya sərt cəza - 2 il 6 ay
Bütün Xəbərlər
18:13 19.12.2012
1476
Müsavat Partiyasının Gənclər Təşkilatını sədr müavini Nigar Yaqublunun məhkəmə prosesi başa çatıb. AZXEBER.COM-un məlumatına görə, bu gün Abşeron Rayon Məhkəməsində hakim İlham Kərimlinin sədrliyilə keçirilən prosesə yekun vurulub. Uzun sürən məhkəmə prossesindən sonra hakim Nigar Yaqubluya hökm oxuyaraq, ona 2 il 6 ay müddətinə məntəqə tipli həbs cəzası kəsib. Belə ki, gənc fəal cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.
OXŞAR XƏBƏRLƏR