Xəbər verdiyimiz kimi, tiktoker İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib.
O, 818 mindən çox izləyicisi olan TikTok səhifəsində videoları yığışdırıb.
Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağası qoyulub.
Qeyd edək ki, "Arzum"un təqsirli bilindiyi qəza ötən ilin iyununda Mərdəkan qəsəbəsində olub. Gecə yarısı "Changan” markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn "Mercedes”lə yandan toqquşub. Nəticədə "Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Bir neçə gün əvvəl isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb. Hazırda məhkəmə yeni ekspertiza təyin edib.
//axşam.az
//axşam.az












































