Məhkuma ayaqqabının içərisində telefon ötürmək cəhdi baş tutmadı- FOTOLAR

Məhkuma ayaqqabının içərisində telefon ötürmək cəhdi baş tutmadı-  FOTOLAR
Bütün Xəbərlər
01:00 21.10.2013
833

Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

AZXEBER.COM xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4; 221.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mirzə Əliyevin yanına uzun müddətli görüşə gəlmiş atası - vətəndaş H.Əliyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman ayağında olan ayaqqabının içərisində gizlədilmiş, xüsusi üsulla düzəldilmiş yerdən 2 ədəd "Nokia" markalı mobil telefon aparatları, 1 ədəd "Sim", 1 ədəd "Cin" və 1 ədəd "Nar" danışıq kartları, mobil telefon aparatı üçün nəzərdə tutulmuş 2 ədəd qulaqcıq-blutuz aşkar edilərək götürülüb.

Bundan başqa, Bakı İstintaq təcridxanasına da qadağan olunmuş əşyaların keçirilməsinə cəhd edilib.

Oktyabrın 19-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanasının təsərrüfat briqadasında saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4; 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Dmitriy Sergeyeviç Xaritonovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Rəna Hüseynovna Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əl çantasının daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia-C3-00" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR