Mehmet Əli Birand istefa verdi

Bütün Xəbərlər
19:29 21.01.2011
1798

"Vidalaşma zamanı gəldi… Təxminən 2 ildən bəri böyük bir zövqlə "CNN TÜRK"-də işləyirəm.  Ancaq, artıq ayrılmaq zamanıdır. Səbəbi də çox sadədir. Çünki bu iş yükünü qaldıra bilmirəm. Çox ağır gəlir.Qısaca izah edim: CNN TÜRK-lə birgə Kanal D Ana Xəbəri idarə edirəm. Həftədə 5 gün “Posta” qəzetinə köşə yazısı yazıram. Hər həftə  “32. Gün” xəbər proqramını  aparıram. Radiolarda hər gün şərh verirəm. İndi bir də yeni bir sənədli filmə başlayıram. Hər şeyə çata bilmirəm.

Xüsusilə Kanal D Ana Xəbərin 1-ciliyini davam etdirmək üçün qarşıdakı il seçki dövründə daha çox vaxt ayırmalıyam. Bütün bunlara görə seçim etməliyəm."

Qeyd edək ki, Məmməd Əli Birand Türkiyənin ən tanınmış jurnalistlərindəndir.

 

OXŞAR XƏBƏRLƏR