Mehriban Əliyeva fəxri professor oldu

Mehriban Əliyeva fəxri professor oldu
Bütün Xəbərlər
14:45 14.04.2012
1660
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu gün Moskvada daha bir nüfuzlu mükafata layiq görülüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri Professoru Diplomuna və Xatirə Nişanına layiq görülüb. Təqdimat mərasimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Tibb Tarixi Muzeyində baş tutub. Təqdimat mərasimindən əvvəl Tibb Tarixi Muzeyindəki eksponatlarla tanış olan Mehriban Əliyeva daha sonra universitetdə təhsil alan azərbaycanlı tələbə və məzunlarla görüşüb . Tədbirdə çıxış edən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Petr Qlıboçko Mehriban Əliyevaya Fəxri Professor Diplomunu təqdim edib. Mehriban Əliyeva ona göstərilən diqqətə görə təşəkkür edərək bugünkü günün onun üçün əlamətdar olduğunu söyləyib. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirib ki, son on il ərzində ölkədə 4000-dən çox məktəb tikilib və təmir edilib: “Son on il ərzində Azərbaycanda 400-dən çox tibb obyekti inşa edilib. Bunlar tibb mərkəzləri, klinikalardır. Bu gün ölkəmizdə gedən inkişaf bütün sahələrdə baş verir. İnkişaf təkcə paytaxtda deyil, eləcə də regionlarda davam edir. Azərbaycanda beynəlxalq konfranslar, forumlar keçirilir. Heydər Əliyev Fondu yaranan gündən biz öz fəaliyyət prioritetlərimizi müəyyən etmişik. Bu təhsil, səhiyyə, ətraf mühitin qorunması, zəngin mədəni irsin təbliği və qorunmasıdır. Biz çox şadıq ki, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunu dəstəyi nəticəsində ölkədə yeni məktəblər tikilib istifadəyə verilib. Bu məktəblər əsasən regionlarda yerləşir. Səhiyyə sahəsi də Heydər Əliyev Fondunun diqqət mərkəzində olan sahələrdən biridir. Fondun dəstəyi nəticəsində ölkədə Talassemiya Mərkəzi açılıb və mərkəz ən son avadanlıqla təchiz olunub. Səhiyyə sahəsində Fondun fəaliyyəti bir çox beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib”. Mehriban Əliyeva Heydər Əliyev Fondunun ölkə daxilində həyata keçirdiyi fəaliyyətlə yanaşı eyni zamanda ölkə xaricində də fəaliyyət göstərdiyini söyləyib. Mehriban Əliyeva “Birliyin Ulduzları” mükafatına layiq görüldüyünə görə ona verilən 2 milyon rubl vəsaitin Birinci Moskva Dövlət Tibb Universitetinin hesabına keçirdiyini də söyləyib. Tədbirdə Rusiya və Azərbaycanın ictimai siyasi xadimləri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü Petr Qlıboçko, bir çox universitetlərin rektorları, Rusiyanın aparıcı tibb alimləri iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
10:48 09.08.2025
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
10:38 09.08.2025
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
10:33 09.08.2025
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
10:32 09.08.2025
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
10:29 09.08.2025
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
10:25 09.08.2025
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
10:21 09.08.2025
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
10:07 09.08.2025
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
10:05 09.08.2025
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”