Mehriban Əliyeva 'Nargis' jurnalının təqdimatında iştirak etdi - FOTO

Mehriban Əliyeva
MƏDƏNİYYƏT
11:21 14.01.2013
8741
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rus dilində nəşr edilən “Nargis” jurnalının ilk nömrəsinin rəsmi təqdimatı ilə bağlı keçirilən tədbirdə iştirak edib. Jurnalın baş redaktoru Ülviyyə Rəhmanova çıxış edərək yeni nəşrin məqsəd və vəzifələrindən danışıb.Bildirib ki, “Nargis” incəsənət və moda aləmində oxucunun əsl bələdçisinə çevriləcək. Oxucular bu nəşrin səhifələrində incəsənət və moda aləmində baş verən yeniliklər, müasir meyllər barədə dolğun məlumat əldə edə biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr yer alacaq.Nəfis tərtibatı, zövq oxşayan dizaynı ilə Azərbaycan mətbuatına yeni nəfəs gətirən “Nargis” jurnalının ilk nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer almışdır. Bu nömrədə həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunub.Digər çıxış edənlər də “Nargis” jurnalının məziyyətlərindən danışıblar.Qeyd edək ki, jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcək.//AzərTAc
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı