Mehriban Əliyeva Papanı Azərbaycana dəvət etdi

Mehriban Əliyeva Papanı Azərbaycana dəvət etdi
Bütün Xəbərlər
01:13 30.11.2011
1444
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyaya səfəri çərçivəsində Vatikanda müqəddəs taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoni ilə görüşüb. Kardinal Tarçizio Bertoni iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini xüsusi vurğulayıb və bildirib ki, Azərbaycanın mədəniyyətlərarası dialoq platformasında rolu gündən-günə güclənməkdədir. Bu baxımdan bu il Azərbaycanda keçirilmiş Beynəlxalq Humanitar Forum böyük əhəmiyyətə malikdir. Məhz həmin tədbirlərdə müqəddəs taxt-tacın təmsilçiləri də fəal iştirak ediblər. Vatikanın dövlət katibi Azərbaycanda katolik icması üçün yaradılmış şəraitdən də məmnunluğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR