Mehriban Əliyeva Praqanın Dekorativ İncəsənət Muzeyində oldu

Mehriban Əliyeva Praqanın Dekorativ İncəsənət Muzeyində oldu
Bütün Xəbərlər
00:05 06.04.2012
1237
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Praqanın Dekorativ İncəsənət Muzeyində olub. AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, Mehriban Əliyevaya məlumat verilib ki, muzeyin yerləşdiyi bina yeni intibah üslubunda inşa edilib.Tikintisi XIX əsrdə başa çatmış bina zəngin kompozisiyası ilə insanları valeh edir. Binanın özü və divarlardakı işləmələr insanı xəyalən qədim dövrlərə aparır. Muzeydə qədim vaxtlara və bu günə aid sənətkarlıq nümunələri qorunub saxlanılır. Bildirilib ki, muzeydə ipəkçilik, toxuculuq, qrafika, fotoqrafiya, pulkəsmə və sair sahələri əhatə edən çoxsaylı bölmələr var. Bu bölmələrdə Çexiyanın ərazisində yaşayıb fəaliyyət göstərən tanınmış ustaların əl işləri toplanıb. Bu əl işləri ölkənin milli sərvəti kimi qorunur.
OXŞAR XƏBƏRLƏR