Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiə Günündə Bakının Nizami rayonundakı 110 və 172 nömrəli uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş yeni korpuslarla tanış olub.
AZXEBER.COM xəbər verir ki, birinci xanım əvvəlcə 110 nömrəli körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış olub. Beynəlxalq Müdafiə Günündə balacalarla görüşə gələn Mehriban Əliyeva onlarla söhbət edib.
Sonra Mehriban Əliyeva 172 nömrəli bağçaya gəlib. Azərbaycanın birinci xanımına məlumat verilib ki, 1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsaslı təmir olunub. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən isə 2014-cü ilin avqust ayından bağçada 4 qruplu, 80 yerlik, ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəlii əlavə korpus inşa olunmağa başlanıb və hazırda tikintisi başa çatdırılıb. Bağçada indi 12 qrupda 230 uşaq tərbiyə alır.