Bakıda, Müasir İncəsənət Muzeyində "Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı olub.
AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi məlumata görə, sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sərgi iştirakçılarını salamlayaraq deyib: “Afrika incəsənəti qeyri-adidir. Çünki buradakı hər bir əsər böyük mənaya malikdir və özündə güclü enerji ehtiva edir. Bu sərgi "Afrovision" adlanır. Burada 11 rəssam tərəfindən yaradılmış müasir sənət nümunələri nümayiş olunur. Onların bəziləri tanınmış və nüfuzlu, bəziləri isə gənc və perspektivli rəssamlardır”. Sərgidə alman kolleksioneri Bernd Kleinin kolleksiyasından seçilmiş şedevrlər nümayiş etdirilir. O, Afrikanın müasir incəsənətinin aparıcı kolleksiyalarından birinə malikdir. Bernd Klein tədbirdə çıxış edərək bu kolleksiyanı uzun illərdir ki, topladığını dedi, iştirakçılara Afrika incəsənəti haqqında məlumat verib. Leyla xanım Əliyeva sərginin açılışını bildirən lenti kəyib. Sonra sərgi ilə tanışlıq oldu. Məlumat verilib ki, ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil edən 11 rəssamın 63 əsəri təqdim olunur. Tədbir Afrikanın milli rəqs qrupunun ifasında musiqi proqramı ilə davam edib.