Mehriban Əliyeva və qızları təqdimat şousunda

Mehriban Əliyeva və qızları təqdimat şousunda
MƏDƏNİYYƏT
13:44 12.10.2014
1691
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilir.AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat şousunda olublar. Mərasim “Voca People” qrupunun konsert proqramı ilə başlayıb. Tamaşaçılara incə yumoru, gözəl ifaları və maraqlı repertuarı özündə cəmləyən proqram təqdim olunub. Canlı vokal səslənmə ilə yüksək səviyyəli bitboksu özündə birləşdirən akapella-şou zövqləri oxşayıb.Sonra Azərbaycanın üçrəngli bayrağı ilə bəzədilmiş kart maşınların nümayişi olub və yarışa hazırlıqdan bəhs edən film təqdim edilib. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov son illər ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi təcrübə, həyata keçirdiyi layihələr beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Son illər ölkəmizdə çoxlu Olimpiya İdman Kompleksi istifadəyə verilib, Avropa və beynəlxalq səviyyəli idman yarışları keçirilir, gənc idmançılarımızın qarşısında geniş perspektivlər açılır.Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərindən danışan A.Ələkbərov vurğulayıb ki, ölkəmizin beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində əldə etdiyi təcrübə, Təşkilat Komitəsinin səyləri, Prezident İlham Əliyevin sürətlə aparılan hazırlıq işlərinə şəxsən nəzarəti Azərbaycanın “Bakı-2015”ə də yüksək səviyyədə ev sahibliyi edəcəyini deməyə əsas verir.Qeyd edilib ki, Azərbaycan Avtomobil Federasiyasının məqsədi ölkəmizin ərazisində avtomobil idmanının inkişafı və təşviqi, yol hərəkəti təhlükəsizliyinin təmin olunması və möhkəmləndirilməsinə dəstək, təhlükəsiz, ekoloji təmiz və iqtisadi cəhətdən əlverişli nəqliyyat vasitələri ilə hərəkət etmək azadlığının təbliği və təşviqi, vətəndaşların, xüsusilə də azyaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsi, avtomobil turizminin təşviqi və inkişafına dəstək olmaqdır. Daha sonra Azərbaycanın dövlət himni səsləndirildi.“V1 Challenge Azerbaijan” yarışının təqdimat şousunda 12 ölkədən 14 peşəkar pilot yarışır. Ralli üzrə Avropa çempionu, belçikalı Patrik Snayers, üçqat “Drift Challenge” çempionu, 2014-cü ildə ən uzun drift üzrə dünya rekordçusu, almaniyalı Harald Müller, ralli üzrə beşqat Portuqaliya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Migel Kampos, “V1 Challenge 2011” çempionu, türkiyəli Burak Çukurova, “V1 Challenge Moldova 2012” çempionu Nikolay Kiriyak, “Fransa F4” və “Volant Euroformula 2013” çempionu Anton Huber və digərləri birincilik uğrunda mübarizə aparırlar.Azərbaycanı kartinq üzrə ölkə çempionları Gülhüseyn Abdullayev, Adil Axundov və “V1 Challenge Moldova 2013” çempionu Timur Muradov təmsil ediblər. 2011-ci, 2012-ci, 2013-cü il mövsümlərində 110 mindən çox tamaşaçıya həyəcanlı anlar yaşadan “V1 Challenge” yarışı həm də sağlam həyat tərzini təbliğ edir.Təqdimat şousu ilə əlaqədar cari il avqustun 25-də təlimlər təşkil olunub. Yarışda iştirak edən pilot və hakimlərə bu təlimlərdə nəzəri-praktik məşqlər keçirilib. Azərbaycan Avtomobil Federasiyası yaxın müddətdə daha bir yeni layihəsini təqdim edəcək. Federasiyanın təşkilatçılığı ilə tezliklə Heydər Əliyev Mərkəzində klassik avtomobil sərgisi keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif