Mehriban Əliyeva Venesiyada müasir incəsənət sərgisinin açılışında iştirak etdi - FOTOLAR

Mehriban Əliyeva Venesiyada müasir incəsənət sərgisinin açılışında iştirak etdi - FOTOLAR
MƏDƏNİYYƏT
10:39 31.05.2013
1819

Venesiya şəhərində 55-ci Beynəlxalq Venesiya Biennalesi çərçivəsində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətinin nümayiş olunduğu sərgi açılıb.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycanın birinci xanımıMehriban Əliyevamərasimdə iştirak edib.Mehriban Əliyevaya məlumat verilib ki, Azərbaycan, o cümlədən Türkiyə, Rusiya, İran və Gürcüstandan 17 rəssamın müasir təsviri incəsənətə dair əsərlərinin nümayiş olunduğu sərgi “Love me love me not” adlanır.Aida Mahmudovanın rəhbəri olduğu “YARAT” Müasir İncəsənət Məkanının təşkil etdiyi sərgi noyabrın 24-dək fəaliyyət göstərəcək.Sərginin kuratoru əsasən Yaxın Şərq, İran və Qafqazda müasir incəsənət sahəsində ixtisaslaşan, əvvəllər “Kristi” hərracında mütəxəssis kimi çalışan Dina Naser Xadividir.Sərginin özəlliyini təşkil edən əsas cəhət buradakı əsərlərin hər bir xalqın dinamikasını yaxından duymağa, unudulmuş, yaxud naməlum tarixin gizli tərəflərini açmağa və həmin ölkələrdə olan baxış tərzini göstərməyə imkan verməsidir.Sərgidə geniş çeşiddə, media və əşya xarakterli materiallar, həmçinin videoinstallyasiyalar və rəsm əsərləri nümayiş olunur. Kompozisiyalarda şəxsi təcrübədən təsirlənmiş tarixi mövzular, müasir həyatın tərəfləri də ustalıqla əks olunub.Azərbaycan rəssamı Sitarə İbrahimovanın Qarabağ müharibəsinə həsr etdiyi “Hədd” adlı ekspoziyası sərgiyə gələnlərdə xüsusi maraq doğurur.Bu ekspozisiyanın əsasını müharibə dövründə Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən çəkilən fotolar təşkil edir. Həmin fotolarda müharibədə itkin düşən şəxslərin əşyaları, hazırda Ağdamda və cəbhə xəttində yaşayan insanların həyatı əks olunur.Digər işlərdə, videoinstallyasiyalarda rəssamlar öz hisslərini, dünyaya baxışlarını maraqlı tərzdə təqdim edirlər.Əsərlərin müəllifləri rənglərdən və rəssamlıq texnikasından səmərəli istifadə edərək təsviri məlumatları, incəsənət tarixi haqqında biliklərini əks etdirməyə çalışmışlar.Onlar, həmçinin müasir incəsənətin müxtəlif formaları ilə insan təbiətinə məxsus hərəkət detallarını və abstraksiyanı təsvir etmişlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə