Mehriban Əliyevaya İnterpol-un medalı təqdim edildi

Mehriban Əliyevaya İnterpol-un medalı təqdim edildi
MARAQLI
00:54 23.11.2011
1976

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan beynəlxalq polis təşkilatı – İnterpol-un baş katibi Ronald Noblun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZXEBER.COM-un “AzərTAc”a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fonduna gələn İnterpol-un nümayəndə heyətinə əvvəlcə Fondun məqsədi və fəaliyyəti haqqında məlumat verilib. Qonaqların diqqətinə çatdırılıb ki, Fond ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədini daşıyır. Bildirilib ki, fondun fəaliyyətində səhiyyə, təhsil, sosial və mədəniyyət sahələrində layihələrin həyata keçirilməsi prioritet istiqamətlərdir. İnterpol-un nümayəndə heyəti ulu öndərin şəxsi arxivindən götürülən və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlar və fotoşəkillərlə tanış olub. R.Nobl Fondun xatirə kitabına ürək sözlərini yazıb. Sonra İnterpol-un nümayəndə heyəti ilə görüşən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqları salamlayaraq bildirib ki, onların ölkəmizlə daha yaxından tanış olmaq imkanı var. Azərbaycanın bu il müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyini deyən Heydər Əliyev Fondunun prezidenti ötən müddətdə ölkəmizin böyük nailiyyətlər əldə etdiyini, regionun lider dövlətinə çevrildiyini, respublikamızda bütün sahələrdə sürətli inkişafın getdiyini diqqətə çatdırıb. Mehriban Əliyeva xüsusilə qeyd edib ki, Azərbaycan təhlükəsiz ölkədir və respublikamızda cinayətkarlığın səviyyəsi çox aşağıdır. Heydər Əliyev Fondunun prezidenti ölkəmizin 1992-ci ildən İnterpol-a üzv olduğunu, dövlət və hökumət orqanları ilə bu qurum arasında sıx əlaqələrin qurulduğunu vurğulayıb. Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Mehriban Əliyeva Fondun 2004-cü ildən fəaliyyət göstərdiyini söyləyib. “Ümidvaram ki, biz qeyri-hökumət təşkilatı olaraq gələcəkdə əməkdaşlıq qura bilərik”, - deyən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun BMT, UNESCO, UNİCEF, İSESCO və digər beynəlxalq qurumlarla əməkdaşlığını qeyd edib. “Azərbaycan təhlükəsizlik baxımından nümunəvi ölkədir” deyən İnterpol-un baş katibi Ronald Nobl isə Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu vurğulayaraq Fondun mədəniyyət tədbirlərinin keçirilməsindəki təcrübəsini qeyd edib. O, gələcəkdə Azərbaycanda birgə mədəni tədbirlərin keçirilməsini təklif edib. Sonra Ronald Nobl İnterpol-un bu il təsis etdiyi “Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə” yadigar medalını Mehriban Əliyevaya təqdim edib. Baş katib R.Nobl bildirib ki, Mehriban Əliyeva dünyada bu medalın təqdim olunduğu ilk şəxsdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir