Məişət zorakılığından zərər çəkən 41 nəfərə dəstək verildi

Məişət zorakılığından zərər çəkən 41 nəfərə dəstək verildi
SOSİAL
14:26 10.08.2026
237
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib.

AZXEBER.COM xəbər verir ki, onlardan 25-i uşaqdır.

Zərərçəkən şəxslər Agentliyin Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.

Onların sosial reabilitasiyası və sosial statuslarının bərpası istiqamətində fərdi iş planları hazırlanaraq müvafiq tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, şöbədə zərərçəkən şəxslərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və sosial-məsləhət yardımları göstərilir.
OXŞAR XƏBƏRLƏR