Meksika kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bütün Xəbərlər
13:32 27.08.2012
1022
Meksikanın Mexiko şəhərinin nüfuzlu Tarixi Mərkəz rayonunda Xocalı soyqırımına həsr edilmiş abidə və Tlakskoake-Xocalı Meydanının rəsmi açılış mərasimi keçirilib. Azərbaycanaın meksikadakı səfirliyindən verilən məlumata görə, meydanın əhatə etdiyi ərazidə, XVI əsrə məxsus tarixi Tlakskoake katolik kilsəsi fəaliyyət göstərir. Həmin kilsədə, meydanın bir ilə yaxın müddətdə davam edən təmir-bərpa işləri və Xocalı soyqırımına həsr edilmiş abidənin açılışından sonra, cari ilin avqustun 26-da ilk dəfə olaraq bazar günü ibadəti keçirilib. Katolik kilsəsinin təşəbbüsü ilə, ilk dini ayin rəsmi olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib. Dini ayin zamanı, dindarları və qonaqları salamlayan kilsə rəhbəri Eduardo Lozano, ilk öncə Xocalı soyqırımı barədə məlumat verib. O, Azərbaycan xalqının əsasən müsəlman olduğunu, lakin eyni zamanda bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşdığını qeyd edərək, 20 il öncə Azərbaycana qarşı hərbi təcavüzün baş verdiyini və bunun nəticəsi olaraq, günahsız mülki vətəndaşların kütləvi şəkildə qırılması ilə bir soyqırımın törədildiyini söyləyib. Dini və etiqadından asılı olmayaraq, bütün dünyada yaşayan insanların qardaş olmasını qeyd edən kilsə rəhbəri, “Xocalıda baş verən soyqırımın və bu kimi bütün cinayətlərin yolverilməz olduğunu və nəticədə tanrının sülh və ədalət ideyalarının qalib gələcəyinin qaçılmaz olduğunu” söyləyib. Eduardo Lazano, “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin, əslində ədalət və sülhün simvolu olduğunu və hər zaman bu faciə qurbanlarının Mexiko şəhərinin sakinləri tərəfindən məhəbbətlə anılacağını” söyləyib.