Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
KRİMİNAL
12:52 30.10.2026
189
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli” atılıb.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb. Onların məktəblərdə vahid geyim qaydalarına qarşı çıxdıqları üçün bu əməli törətməsi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR