‘Məktəblərdə dərslik çatışmazlığı problemi həll olunub’ - Təhsil naziri

‘Məktəblərdə dərslik çatışmazlığı problemi həll olunub’ -  Təhsil naziri
Bütün Xəbərlər
12:53 02.10.2013
898

Hazırda Azərbaycanın məktəblərində dərslik çatışmazlığı ilə bağlı hər hansı problem yoxdur.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, orta məktəblərə dərsliklərin paylanması məsələsi daima nazirliyin nəzarətdədir: “Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsi, Bakı şəhər Təhsil İdarəsi və rayon təhsil şöbələri bununla bağlı mütəmadi məlumatlar verir. Məktəblərdə dərslik çatışmazlığı problemi həll olunub. Əgər valideynlərdə və jurnalistlərdə dərsliklərin paylanmasında problem olması ilə bağlı məlumat varsa, biz buna operativ reaksiya verməyə hazırıq. Bu il 1 milyon 200 mindən çox şagirdin dərsliyi Azərbaycan dövləti tərəfindən pulsuz təmin olunur”.

OXŞAR XƏBƏRLƏR