Məktəblərdə vakant yerlərin - SİYAHISI

Məktəblərdə vakant yerlərin - SİYAHISI
Bütün Xəbərlər
06:39 29.06.2012
16501
Təhsil Nazirliyi 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinin vakant müəllimlər yerlərinin sayını açıqlayıb.
AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə,ümumilikdə bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.Nazirlikdən deyilib ki, vakant müəllim yerləri üzrə keçiriləcək müsabiqədə iştirak etmək istəyənlər iyulun 1-dən elektron ərizələrini doldura bilərlər. Ərizələrin doldurulması üçün sonuncu gün 15 iyuldur.Qeyd edək ki, 2010-cu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələdə keçirilir.Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir.Daha sonra namizədlər test imtahanı verirlər.Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçirlər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.TN ötən il orta məktəblərdə 2000-dən çox vakant müəllim yeri üzrə müsabiqə elan etmişdi.
OXŞAR XƏBƏRLƏR