Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məktəblərə növbəti xəbərdarlığını edib.AZXEBER.COM xəbər verir ki, komissiyadan Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəbləri buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi prosesi martın 31-də başa çatır. “Şagird-məzun” sisteminə məlumatların daxil edilmə faizi 100-dən aşağı olan rayonların şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiriciləri daxil edilməmiş məlumatları sistemə əlavə edərək, təsdiqlənməsini təmin etməldirlər.