Valideynlər hər zaman şagirdlərin tədris prosesi zamanı həddən artıq yükləndiyini deyirlər.
Müəyyən mənada hesab edirəm ki, bu belədir.AZXEBER.COM-un məlumatına görə, bu barədə təhsil naziri Mikayıl CabbarovXəzər-Avropa İnteqrasiya İşgüzar Klubu ilə görüşündə deyib. Nazir bildirib ki, bu istiqamətdə bir sıra islahatların həyata keçirilməsi nəzərdə tutulub.“Belə qərara gəlmişik ki, hər il təhsilin müxtəlif təhsil pillələrində qarşıda duran prioriteti cəmiyyətə açıqlayaq. Bunun bir neçə məqsədi var. Birincisi ondan ibarətdir ki, inanırıq ki, məqsədlərin çoxluğu onların səmərəliliynə və əldə olunmasına kömək edən faktor deyil. Biz həqiqətən istəyirik ki, bir ildə 30 istiqamət üzrə islahat getsin. Ancaq reallıq ondan ibarətdir ki, bir ildə 30 istiqamət üzrə faydalı islahat həyata keçirmək mümkün deyil”.Nazir bildirib ki, ümumi təhsil sisteminə aid olan islahatların prioritetləri növbəti həftələrdə açıqlana bilər. Bu proses təhsilin bütün pillələrini əhatə edəcək.Nazir həmçinin məktəblərin idarə edilməsində valideynlərin rolunun artırılması məsələsinə də toxunub.“Bunu inkişaf istiqamətində mühüm hədəf kimi görürük. Bu təkcə yalnız təhsil sistemində valideynlərin iştirakına olan ehtiyacdan irəli gəlmir. Digər faktor ondan ibarətdir ki, hələ də cəmiyyətdə valideynlər tərəfindən iki məsələ reallıqdan fərqli şəkildə görünür. Təhsil sistemində olan real və obyektiv problemlərlə bağlı valideynləri maarifləndirmə sahəsində müəyyən problemlər var. Valideynlərin təhsil sistemində daha fəal iştirakını təmin etməklə bu çatışmazlığı aradan qaldırmaq niyyətindəyik”.M.Cabbarov bu gün ali məktəblərdə təhsilin idarə edilməsi fakültəsinin olmadığını da qeyd edib:“Bu o deməkdir ki, biz təhsilin idarə edilməsini ayrıca bilik və bacarıqlar tələb edən peşə kimi tanımırıq. Hər bir müəllim idarəedici ola bilərmi sualı səslənə bilər. Bu gün Azərbaycanda 4500 orta məktəb var. Başqa sözlə, bu gün orta təhsil sistemində 4500 təhsil menecerinə ehtiyacımız var”.