Xəbər verdiyimiz ki, sentyabrın 15-də yeni dərs ilinin başlanmasına sayılacaq günlər qalıb. Bununla əlaqədar olaraq, bütün ümumtəhsil məktəblərində 2011/2012-ci tədrsi ili üçün mühüm hazırlıq işləri görülür. Bu ərəfədə hər kəsi-valideynləri, müəllimləri, bütün təhsil ictimaiyyətini maraqlandıran məsələ orta və ali ümumtəhsil məktəblərinin mühafizə olunmasıdır. Təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır.Təhsil naziri Misir Mərdanov isə mətbuata açıqlamalarında bir neçə dəfə etiraf edib ki, bütün məktəblərin mühafizəsi mümkün deyil: “Azərbaycanda 7 mindən artıq təhsil müəssisəsi var. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər”