Bu şəxslər məktəblərə buraxılmayacaq -Rəsmi

Bu şəxslər məktəblərə buraxılmayacaq -Rəsmi
SOSİAL
18:13 10.09.2020
28921

Təhsil Nazirliyi təhsil müəssisələrində sosial məsafənin təmin edilməsi ilə bağlı təlimat hazırlayıb.

AZXEBER.COM-un məlumatına görə, təlimatda bildirilir ki, 15 sentyabr 2020-ci il tarixindən etibarən ölkənin ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə tədris və təlim-tərbiyə prosesinin başlanmasını nəzərə alaraq, sosial məsafənin saxlanılması ilə əlaqədar təhsil müəssisələri rəhbərləri tərəfindən aşağıdakılar təmin edilməlidir:

Şagirdlər (valideynləri ilə birgə də ola bilər) məktəbin həyətyanı sahəsində sosial məsafənin saxlanılması məqsədilə yerdə çəkilmiş dayanma işarələrinin üzərində dayanmalıdırlar;

Həyətyanı sahədə sosial məsafənin saxlanılması və növbə ilə məktəbə daxil olma prosesinin tənzimlənməsi üçün şagird kontingentinin sayından asılı olaraq əməkdaşlar ayrılmalı və siniflərə təhkim edilməlidirlər;

Məktəbin girişində hər bir şagirdin hərarəti ölçülməli və hərarət 37.1 dərəcədən aşağı olduğu halda, şagird sinif otağına yönəldilməlidir, hərarət qeyd edilən həddən yüksək olduqda, təxirəsalınmadan məktəbin həkimi tərəfindən valideyn təlimatlandırılmalı və şagird geri qaytarılmalıdır.

Sosial məsafənin saxlanılması məqsədilə məktəbin həyətyanı sahəsində dayanma işarələrinə verilən tələblərdə deyilir ki, şagird kontingentinin sayına və məktəbin həyətyanı sahəsinə uyğun çəkilən dayanma işarələrinin ölçüsü (diametri) 20-30 santimetr olan dairə, kvadrat, düz xətt şəklində ola bilər. Dayanma işarələri ağ rəngli boya, yaxud əhəng ilə çəkilməlidir. Dayanma işarələri arasındakı məsafə ən azı iki metr olmalıdır. 

Əgər məktəb binasının (korpuslarına) birdən çox giriş qapısı varsa, o zaman giriş qapıları müvafiq hərflərlə kodlaşdırılmalı (A, B, C və s) və hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilməlidir. Bu proses daha çox şagird sıxlığı çox olan məktəblərə tövsiyə edilir və bu zaman elektrik hərarət ölçən cihazın sayı nəzərə alınmalıdır. Belə bir variant tətbiq ediləcəyi təqdirdə, şagirdin hansı girişdən daxil olacağı barədə valideynlərə əvvəlcədən bildirilməlidir.

Valideynlərə verilən tələblərdə deyilir ki, sosial məsafənin saxlanılması məqsədilə valideynlər yerdə çəkilmiş dayanma işarələrində övladının yanında dayanmalıdırlar. Övladı məktəbin giriş qapısına daxil olduqdan sonra valideynlər məktəbin həyətyanı sahəsini tərk etməlidirlər.

Məktəbin həyətyanı sahəsində şagirdlərin və valideynlərin sosial məsafə saxlamadan kütləvi halda toplaşması və kütləvi halda şəkil çəkdirməsi yolverilməzdir. 

Qeyd olunan məsələlərin mövcud qayda və təlimatlara uyğun şəkildə həyata keçirilməsinə nəzarət təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçiriləcək. Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən mütamadi olaraq prosesə nəzarət məqsədilə yerlərdə keçirilən monitorinqlər zamanı müvafiq qaydalara əməl etməyən müəssisə rəhbərləri aşkarlandığı halda, onlar barəsində intizam tənbehi tədbirləri həyata keçiriləcək. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı